Xantirmə

120,00 ₼
Vergi daxil
Say

Bu süfrənin ərsəyə gəlməsində ilham mənbəyi 19-cu əsrdə toxunmuş “Xantirmə” Qarabag xalçası olmuşdur. Qədim parça növü olan tirmə yun və ipək saplardan toxunurdu. Təsadüfi deyilki, enli və ensiz zolaqların sıralamasından yaranan, butalı tirmə -“Xantirmə”, əsilzadələrə məxsus nümunə kimi ən əziz qonaqlara hədiyyə edilirdi. Dekorativ-tətbiqi sənətdə “Buta” Həyat ağacının atributu, ilkin başlanğıcın, ailə və artımın rəmzidir.

Qarabağın gözəl təbiətindən bəhrələnmiş, tünd və açıq rənglərin əvəzlənməsi ilə vurğulanan butalı süfrəmizlə ocağınıza istilik, ailənizə bütövlük və xoşbəxtlik, həyat şəcərənizin isə qollu-budaqlı olmasını diləyirik.

tarix vərəqi

Material
Polikoton
Məhsulun kodu
201813
Ölçü
150 x 220 sm

New Account Register

Already have an account?
Log in instead Or Reset password