Şanapipik

145,00 ₼
Vergi daxil
Say

Bağ mövsümünün xoş xatirələrini  təcəssüm etdirən “Abşeron bağları” kolleksiyasına məxsus olan  Şanapipik süfrəsini təqdim edir. Qızmar günəş altında qəlblərə sərinlik gətirən yaşıllıq, mavi  səma və dənizin firuzəyi çalarları fonunda dirsəklənərək bu  mənzərəyə baxarkən insanla tez dostlaşan, bərəkət, bahar, sadiqlik rəmzi olan bu balaca quşa diqqət edin. “Şanapipik”  əfsanəsini xatırlayın. Övladlarına, ailəsinə bağlı, abırlı, həyalı,  saçları xınalı gəlin başını yumaq istəyəndə qəfildən qayınatasının səsini eşidir.

Həyətdə oynayan uşaqlar babalarının qabağına qaçır, darağı başında gəlin isə səliqə-sahman yaradıb, örpəyini örtmək istəyəndə qəfildən qapı açılır. Əllərini Allaha  uzadan gənc qadın quşa dönüb bu biabırçılıqdan yaxa  qurtarmaq üçün dua edir. Qayınata içəri girəndə Şanapipik də qanad çalıb qapıdan uçub çıxır. O vaxtdan bu gözəl quş - övladlarından nigaran gəlin - “hop-hop”, “ud-ud” deyərək  uşaqlarını səsləyir.

Deyirlər hər əfsanənin gerçəkliklə bağlanan kökləri olur. Bunu balıncın üzərində təsvir olunan Şanapipiyin yuvasına nəzər  salsaq, onun balalarına bəslədiyi münasibəti müşahidə etsək  aydın görə bilərik"

tarix vərəqi

Material
Polikoton
Məhsulun kodu
202001
Ölçü
150 x 220 sm

New Account Register

Already have an account?
Log in instead Or Reset password