Əsrlər karvanı

430,00 ₼
Vergi daxil
Say

Qarabağ xalçaçılıq sənəti Azərbaycan xalqının milli mədəniyyət tarixində müstəsna yer qazanmışdır. Dizaynda əsas ilham mənbəyi kimi Qarabağ xalça məktəbinin xovsuz xalça növlərindən biri olan “Şəddə”dən istifadə olunub. Xalqın inancına görə “Şəddə” mistik qüvvəyə malik idi. Bədii tərtibatında adətən sujetli dəvə və at karvanları təsvir edilir. “Şəddə” Novruz bayramı ərəfəsində qız-gəlinlərimizin İlaxır Çərşənbədə arzularını xitab etdiyi xalçadır. Müsbət enerji bu arzuların sanki Tanrıya tez yetişməsinə kömək edərdi. Bu inanc indidə Azərbaycanın bir çox bölgələrində yaşamaqdadır.  Təsadüfi deyilki, hələ II minillikdən başlayaraq Azərbaycan xalçası Böyük İpək yolu ilə karvan üstə yol almış və özünün sülhpərvər, rahatlıq gətirən missiyasını Şərqdən Qərbə doğru izhar etmişdir. Qarabağın 16-19-cu əsrlərdə toxunmuş xovlu və xovsuz xalçaları Berlin İncəsənət Muzeyində, Nyu- Yorkun Metropoloten, Paris, Vyana, Sankt-Peterburq, Moskva muzeylərinin və dünyanınən məşhur qalereyalarının yaraşığına çevrilmişdir. Yataq örtüyünün əsas özəlliyi dəvənin bərəkət simvoludur. Azərbaycan təbiətinin gözəl rəngləri ilə pərvər iş tapan ideya, həm də Qarabağ xalçaçılıq məktəbinin Bərdə, Ağcabədi, Şuşa, Cəbrayıl bölgələrinə xas, xovlu və xovsuz xalça nümunələrinin özəllikləri ilə daha da qüvvətlənir. 

tarix vərəqi

Material
Polikoton
Ölçü
260 x 260 sm

New Account Register

Already have an account?
Log in instead Or Reset password