Gəlin

145,00 ₼
Vergi daxil
Say

ZADAGAN milli brendinin təqdim edilən məhsulu yeni ailə quran cütlüklərə xoş arzulardan duyğulanaraq yaradılıb. Ağ yerlik üzərində qırmızı rəngli ornament, paklıq, bəyazlıqla müşayiət olunan həyat yolunda Günəş enerjisi ilə bəhrələnən, sağlam, xoşbəxt və əbədi birlik niyyətini ifadə edir. Süfrənin haşiyəsində istifadə olunmuş şəbəkə kainatın sonsuzluğu və enerjinin mərkəzə yönəlməsini təcəssüm etdirir.

Qırmızı rəngli səkkizguşəli ulduzlardan və oxlardan ibarət göllərin əks olunduğu kompozisiya isə bu enerjinin toplanmasının nişanəsidir.  Səkkizguşəli ulduz həm də mənəvi ürək və səkkiz “səmavi” və ya “Günəş qapısı”nın rəmzidir. Göllərin mərkəzində yerləşdirilən ornament sufilikdə “ürək zikri” ilə əlaqələndirilərək birinci dərəcəli əhəmiyyətə malik, mənəvi enerji mənbəyi sayılan məhəbbətin ürək mərkəzinin mənəvi nöqtəsi kimi sehrli mənasını vurğulayır.

ZADAGAN-ın bu süfrəsi yeni ailə quranlara məhəbbət dolu, Günəş nuruna bürünmüş həyat yolu, mənəvi paklıq və birlikdə atılacaq addımların möhkəm olması diləyi ilə araya-ərsəyə gəlib.

tarix vərəqi

Material
Polikoton
Məhsulun kodu
201905
Ölçü
150 x 220 sm

New Account Register

Already have an account?
Log in instead Or Reset password