Həmrəylik

145,00 ₼
Vergi daxil
Say

ZADAGAN sizi nağıllar aləmində hiss etməklə, Simurq quşunun lələyini yandırıb saf diləklərinizi dünyanın dörd bir yanına yetirməklə keçirməyi diləyir və bu məqsədlə sizə yeni, qeyri-adi süfrəsini təqdim edir. “HƏMRƏYLİK” süfrəsi qızılı rəngin müxtəlif çalarlarını özündə əks etdirir, Kainatı ifadə edən incə şəbəkə haşiyə müsbət enerjini mərkəzə doğru yönəldir, milli geyimli gənclərin halay qurub bayram nidaları ilə rövnəqlənən “Yallı” rəqsini ifa edirlər, mərkəzində isə xeyirxah qüvvələrin və gözəl arzuların carçısı olan, al-əlvan lələkləri göz oxşayan, sağlamlıq və əbədilik rəmzi Simurq quşu ilə bəzədilib.  

Milli mədəni irsimizin bir xəritəsinə çevrilən süfrə bayram günlərində sanki sülhməramlı, xoşniyyətli arzuları Simurq quşunun qanadlarında dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizə çatdıraraq, xoş günümüzə şərik olub bizi dəstəkləyən insanlara qəlbimizdən keçən “Dünyaya sülh, bəşəriyyətə rifah” diləyimizi bayramların, el şənliklərinin ayrılmaz hissəsi olan və 2018-ci ildə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması” Konvensiyasının Təcili qoruma siyahısına daxil edilmiş Yallı vasitəsilə çatdırır.

Milli geyimlərin bəzəyi və rəngləri isə al-əlvan, zəngin təbiətimiz və bu torpağın inciləri olan insanlarımızın yüksək zövqünün nişanəsidir.

Nağıllarımızın, əfsanələrimizin, şifahi xalq ədəbiyyatımızın ən xeyirxah qəhrəmanı, əfsanəvi Simurq quşu elm, bilik ağacında oturaraq dünyanın gərdişindən xəbərdar olduğundan ocağın hənirtisini, ölkənin mərd, igid övladlarını qoruyur, ən gözəl keyfiyyətləri əsrlərdən nəsillərə ötürür.

tarix vərəqi

Material
Polikoton
Məhsulun kodu
201906
Ölçü
150 x 220 sm

New Account Register

Already have an account?
Log in instead Or Reset password