Zəfər günü

145,00 ₼
Vergi daxil
Say

“ZADAGAN” Milli Brendinin şanlı Azərbaycan  Ordusunun 44 günlük Vətən müharibəsində Müzəffər Qələbəsindən ruhlanaraq ərsəyə gətirdiyi yeni süfrə  Qarabağın ən gözəl abidələri və mədəni irs nümunələrini özündə cəmləşdirib.

Sadiqlik və məhəbbət rəmzi Xarıbülbül bu dəfə həm qoruyucu xalça ornamentlərindən ibarət haşiyələrlə, həm də Azərbaycanın ən gözəl istehkam məqsədli  memarlıq abidələri sayılan Şuşa, Əsgəran, Şahbulaq  qalaları və arzuları birləşdirən Xudafərin körpüsü ilə  əhatə olunub. Qarabağ xalçalarına xas naxışlar burada  təbiətlə ahəngdə məhz Xarıbülbülün rəngi ilə uzlaşaraq  bahar nəfəsli çalarlarda təqdim edilib. “Vətən bağı”nda bir araya gələn bu süfrə sanki Ağa Bəyim Ağanın nisgilinə son qoyub, igidlərimizin şücaəti nəticəsində uzun illərin həsrətinə su səpərək  cümlə Qarabağın sülh və əmin-amanlığının rəmzinə  çevrilib.

ZADAGAN yeni məhsulu ilə sizə süfrələrinizin bol  ruzi-bərəkətli, ocağınızın qonaqlı-qaralı və həyatınızın  sülh içində olmasını arzu edir.

tarix vərəqi

Material
Polikoton
Məhsulun kodu
202101
Ölçü
150 x 220 sm

New Account Register

Already have an account?
Log in instead Or Reset password