Xalça motivi açıq

130,00 ₼
Vergi daxil
Say

ZADAGAN Brendi UNESCO-nun “Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısı”na daxil edilmiş Azərbaycan xalça sənətinin ən gözəl nümunələri əsasında dizaynerlərimizin hazırladığı yeni süfrəni təqdim edir. “Xalça motivi” adlanan süfrə rəmzilikləri ilə tarixin aynası olan Azərbaycan xalça sənətininən gözəl naxışlarını özündə ehtiva edir. Tarixi köklərimizi, əcdadlarımızın ruhunu özündə əks etdirən həndəsi naxışlar nəbati elementlərlə birləşərək məna yükünü müəyyənləşdirir. 

Azərbaycan xalça sənətinin inkişafında mühüm dövr sayılan həndəsi və nəbati naxışların müxtəlif məktəblərdə bir araya gələrək əsərə nəfislik gətirməsi bu süfrədə xüsusilə vurğulanıb. Mənzilinizə xoşbəxt və firavan həyat arzusu ilə gələn süfrə ocağınıza istilik və bərəkət gətirsin.

tarix vərəqi

Material
Polikoton
Məhsulun kodu
202107
Ölçü
145 x 205 sm

New Account Register

Already have an account?
Log in instead Or Reset password