Şəbəkə tünd

130,00 ₼
Vergi daxil
Say

Bu dəfə ZADAGAN mənzilinizə Günəş, həyat enerjisi, zamanın əbədi axarını və kainatın sonsuzluğunu əks etdirən ŞƏBƏKƏ naxışlı süfrə ilə gəlir. Kainatı, Yer kürəsini, İnsan həyatını, dörd cəhəti və dörd ünsürü ehtiva edən şəbəkə Yaxın, Orta Şərq memarlığında və dekorativ-tətbiqi sənətində geniş istifadə edilir. Əsasən keçirtmə yolu ilə bir-birinə pərçimlənmiş ağac və rəngbərəng şüşə elementlərinin əmələ gətirdiyi “səkkiz”, “on iki”, “on altı” və s. bucaqdan yaranan həndəsi fiqurlardan ibarət bitkin ornamentin adıdır.

Lakin şəbəkə tək ağac və şüşədən deyil, memarlıq abidələrində daşlarla, zərgərlikdə isə qızıl və gümüş tellərin “həyətlik”, “əncamə”, “divarə”, “bəndəm” və “guşə” adlandırılan elementlərdən əmələ gələn sənət nümunəsinə çevrilən üsuldur.

Bədii sənətkarlığın şəhər növü kimi şəbəkə sənəti və rəmzlərinin ən gözəl nümunələrinə Azərbaycanın tarixi şəhərləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı, Şuşa, Ordubad, Bakı, Gəncə, Lənkəran və Naxçıvanın memarlıq abidələrində görmək mümkündür.  

ZADAGAN örtükləri naxışların dili ilə sizə kainatın enerjisini, günəş şüalarının ilıq nəfəsini, aylı gecələrin nurunu gətirməklə uğurlu başlanğıclar diləyir.

tarix vərəqi

Material
Polikoton
Məhsulun kodu
202104
Ölçü
145 x 205 sm

New Account Register

Already have an account?
Log in instead Or Reset password